Home Nəqliyyat BNA hörmətsiz münasibət bəsləyirdi – Açıqlama

BNA hörmətsiz münasibət bəsləyirdi – Açıqlama

190
0

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.

Sosialxəbər.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ancaq vətəndaşları soymaq, cərimələr tətbiq etmək və problem yaratmaqla məşğul olduğunu bildirib.

O qeyd edib ki, bir sözlə bu qurum öz funksiyasını normal şəkildə həyata keçirə bilmirdi:

“İrad bildirib tənqid edəndə isə sağlam tənqidi qəbul etmir, bizə qarşı hörmətsiz münasibət sərgiləyirdilər. Prezident İlham Əliyev önən gün imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmana əsasən, BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib. Prezidentin bu fərmanı Milli Məclisdə bizim son çıxışlarımızın, tənqidlərimizin də nəticəsidir. Hesab edirəm ki, cənab Prezident bu çağırışları da diqqətə alaraq belə bir addım atdı. Sevindirici haldır ki, indi mərkəzləşmiş qaydada məsuliyyət daşıyan bir qurum bu problemlərin həlli üçün işə düşəcək”.

Fazil Mustafa bildirib ki, edilən kəskin tənqidlərdən sonra BNA tərəfindən bir sıra məsələlərdə yeniliklər gətirməyə çalışdılar. Amma heç bir işə yaramadı, nəticə olmadı. Şəhər nəqliyyat idarə etməsi xaosa dönüşdü:

“İndi bu məsələdə konkret olaraq Bakı Şəhər İcra Hakimiyyəti böyük bir məsuliyyət daşıyacaq. Lakin gələcəkdə bələdiyyə qurumları yaratmaq və BNA-nın həmin qurumların tabeliyinə vermək daha məqsədə uyğundur. Çünki bu məsələdə nəzarət mexanizmi doğru qurulmadıqda problemlər çox olur”.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz​ isə hesab edir ki, Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında müvafiq Fərmanından sonra BNA-nın tənzimləyici rolu güclənəcək. Yəni, nəqliyyat axınının intellektual tənzimlənməsi, ağıllı svetoforlar, trafikin idarəedilməsi və s. BNA tərəfindən hazırlanacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə daha çox icraedici rola malik olacaq:

“Düşünmək olar ki, nəqliyyat axınını tənzimləmək üçün DİN yalnız BNA kameralarından deyil, sayı hədsiz çox olan, bütün şəhər üzrə video müşahidə sisteminə malik olan özünün videomüşahidə infrastrukturundan da effektiv istifadə edəcək. Hazırda ən ciddi tələbat olan məslələrdən biri SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək, bu məqsədlə mobil texnologiyalardan istiafdə etməkdir. Ümid edirəm, tezliklə bu problem öz həllini tapa biləcək. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi prosesinin daha da sərtləşəcəyini gözləmək olar. Düşünürəm ki, indiki mərhələdə ən vacib məsələ nəqliyyat axınının intellektual idarə edilməsi ilə bağlı yeni yanaşmaların, yeni konsepsiyanın ortaya qoyulması olmalıdır”.

Previous articleBölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı var – Agentlik
Next articlePrezident “Yaşma” qovşaq yarımstansiyasının açılışında

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here