Home Hadisə Xocavənddə baş verən qəzanın səbəbi açıqlandı

Xocavənddə baş verən qəzanın səbəbi açıqlandı

1103
0

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Sosialxəbər.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, qəza Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.

Qəzanın başvermə səbəbləri və digər təfərrüat barədə daha ətraflı məlumat veriləcək.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün Xocavənddə subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb.

Agentlikdən bildirilib ki, qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb.

Previous articleİş axtaran və sahibkarlar üçün sevindirici xəbər – Video
Next articleXocavənddəki qəzada 11 Türkiyə vətəndaşı xəsarət alıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here