Home Hadisə Xocavənddəki qəzada 11 Türkiyə vətəndaşı xəsarət alıb

Xocavənddəki qəzada 11 Türkiyə vətəndaşı xəsarət alıb

1103
0

Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Sosialxəbər.az bildirir ki, Nazirlikdən Axar.az-a bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.

“İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir”, – məlumatda bildirilib.

Previous articleXocavənddə baş verən qəzanın səbəbi açıqlandı
Next articleAzad edilən ərazilərdə daha 17 mina aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here