Home Hadisə Salyanda partlayış: bir ailə xəsarət aldı

Salyanda partlayış: bir ailə xəsarət aldı

1129
0

Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə Qarabağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü – 1980-ci il təvəllüdlü Zaur Mikayıl oğlu Qurbanov, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Şəfəq Əli qızı Qurbanova və ailənin övladı, 2001-ci il təvəllüdlü Mikayılov Zaur oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Previous articleLaçın yolu bağlandı, düşmən üzərinə hücum…
Next articleAmaşovdan Feyziyevlə bağlı ilk – Açıqlama

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here