Home DİN Beyləqanda ictimai yerdə korona xəstəsi aşkarlandı

Beyləqanda ictimai yerdə korona xəstəsi aşkarlandı

250
0

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon sakini V.İsmayılovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Previous articleNeft yeni həftəyə bu qiymətlə başladı
Next articleİş axtaran və sahibkarlar üçün sevindirici xəbər – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here