Home QHT Əkrəm Bəydəmirli: “Şəhidlər ölməz-Vətən bölünməz” kitabının hazırlanması prosesi davam edir

Əkrəm Bəydəmirli: “Şəhidlər ölməz-Vətən bölünməz” kitabının hazırlanması prosesi davam edir

250
0

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsini həyata keçirir.
QHT-nin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, layihə çərçivəsində hazırlanan “Şəhidlər ölməz-Vətən bölünməz” kitabı Xəzər rayonun 25 Şəhidinə həsr olunub. Vətən müharibəsi, xalqımızın haqq savaşı bir çox həqiqətləri bir daha təsdiqlədi. Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi qələbə 44 günlük müharibənin həqiqət anıdır. Bizim missiyamız bu, həqiqət anında qəhrəmanlarımızı tanıdaraq öz vəfa borcumuzu yerinə yetirməkdir.
Layihənin digər bir istiqaməti ondan ibarətdir ki, postmüharibə dövründə 5 dildə fəaliyyət göstərən Fact-info.az saytının tərkibində “Virtual Qarabağ” elektron bazasının rus dilində yaradılmasıdır. Yeni yaradılacaq elektron baza xarici auditoriya üçün daha əlçatan olacaq. Azərbaycanın ümumilikdə Qarabağın mədəniyyəti, tarixi və bu günü haqqında daha zəngin mənbə formalaşdırmaq hədəfdədir.

Previous articleSəkkiz erməni hərbçi qarşı tərəfə təhvil verilib
Next article“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i yeni bir layihənin icrasına start verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here