Home Təhsil KİDS SKİLLS – Finlandiya Terapiya Azərbaycan məktəblərində

KİDS SKİLLS – Finlandiya Terapiya Azərbaycan məktəblərində

1506
0

Uşaqlar Yalnız öyrənmə bacarıqlarına sahibdirlər və uşağın öyrənməli olduğu hər hansı bir bacarığı, uşağı cazibədar edəcək şəkildə öyrətmək həmişə mümkündür

KİDS SKİLLS – Finlandiya Terapiya Azərbaycan məktəblərində.
Azərbaycan Təhsil Nazirliyinin bu il elan etdiyi V qrand layihənin qalibləri siyahısında Yasamal rayon E. Məmmədov adına 21 nömrəli tam orta məktəbdə var. 21 nömrəli məktəbin təqdim etdiyi layihə Finlandiya məktəblərində tədbiq edilən Kids Skills Finlandiya terapiyadır.
Kids Skills Finlandiya terapiya haqqında
Kids Skills-Finlandiyada Ben Furman tərəfindən yaradılmışdır. Ben psixiatr, müəllif və beynəlxalq miqyasda tanınmış həll mərkəzli terapiya təlimçisidir. Ben Finlandiyadakı Helsinki Qısa Terapiya İnstitutunun həmtəsisçisidir. 4-17 yaş aralığında uşaq və yeniyetmələrdə olan psixoloji problemlərin qısa müddətli həllinə yönəlmişdir. Terapiyanın əsas məqsədi «Problemi bacarığa çevirməkdir».
Həmçinin bu terapiyanın əsas şüarı budur: “Uşaqlarda problem yoxdur, öyrənmədikləri bacarıqlar vardır”
Kids Skills məktəb mühütündə şagirdlərin aşağıdakı problemlərinin həllinə yönəlmişdir:

 Davranış pozuntusu

 Diqqət əskikliyi

 Öyrənmə çətinliyi

 Hiperaktivlik

 Məktəb ilə bağlı qorxular

 Özünü düzgün qiymətləndirmə

 Sosiallaşma bacarığı və s problemlər

Bu terapiyanı tədbiq edən mütəxəsis aşağıdakıları bacarmalıdır:

 Problemi bacarığa çevirməlidir.

 Uşaqlarda motivasiya yarat

 Bacarığı öyrənməyə başlamaq

 Öyrəndiyi bacarığı tərifləmək
Kids skills Finlandiya terapiya ümumilikdə 15 addımdan ibarətdir .
 Terapiya ümumilikdə 15 pillədən ibarətdir:
 Problemi bacarığa çevirmək
 Uşaqla razılığa gəlmək
 Uşağa bacarığın verəcəyi faydaları danış
 Ad ver
 Qəhrəman seç
 Dəstəkçilər
 Uşaqda həvəs yarat
 Party haqqında danış
 Mənə göstər ki, necə edəcəksən?
 Öyrənəcəyin bacarıqdan ətraflı danış
 Bacarığın necə öyrənməyə başlayacağını soruş
 Xatırladıcılar
 Party
 Öyrəndiyini başqa uşaqlara da öyrət
 Digər bacarığa keçid

Terapiyanın mərhələləri isə bunlardır:

 Uşaqda özgüvəni yarat ki, bacarığı öyrənə bilsin.
 Uşaqla planlaşdırın ki, bacarığı öyrəndikcə uşaq necə mükafatlandırılsın
 Uşaqdan soruş ki, o bacarığı öyrəndikdən sonra necə davranacaq
 Ətrafdakı insanlara bildirsin ki, uşaq hansı bacarığı öyrənir
 Uşaqla necə başlayacağına dair razılığa gəl
 Uşaq bacarığı öyrənməyi unudanda ətrafdakıların onun yadına salacağını bildirsin
 Uşaq bacarığı öyrəndikdən sonra hər kəsə bildirsin və qeyd etsin
 Uşağı öyrəndiyi yeni bacarığı başqasına öyrətməsi üçün həvəsləndir
 Yeni bacarığa keçməyə razılıq ver
Beləliklə şagirdlər ilk öncə problemlərinə bacarıq kimi baxmağı öyrənirlər. Məsələn düzgün oturmağı bacarmayan bir şagirddə səliqəli oturma bacarığı, kəkələməsi olan bir şagird də gözəl danışmaq bacarığı, aqressiv bir şagird də sakit olmaq və stop bacarığı, öyrənmə çətinliyi olan şagird də isə əlaçı olmaq bacarığı öyrədərk inkişaf etdiririk.
Bu terapiya həmçinin valideyn və müəllimlərə də problemi olan şagirdlərə doğru yanaşmağı öyrədir. Kids Skills terapiya sayəsində müəllim və valideynlər aşağıdaki bacarıqlara yiyələnirlər:

 Uşaqları necə tərifləmək olar?
 Uşaqları dinləməyə necə cəlb etmək olar?
 Digər böyüklərlə necə əməkdaşlıq etmək olar?
 Uşaq bacarıqlarını necə öyrətmək olar?
 Cəzanı başqa hansı alternativ variant ilə əvəz etmək olar?
Kids skills bir çox ölkələrdə tədbiq edilir. Kids’Skills haqqında Ben Furman tərəfindən yazılan kitablar 20 dildə nəşr edilmişdir və bu metod dünyanın bir çox ölkələrində istifadə olunur. Kids Skillsin qeyd edək şagirdlərə maraqlı olsun deyə mobil tədbiqi də vardır. Həmin tədbiq ingilis, Rus, Çin, İspan, Ərəb, Danimarka, Hollandiya, Fin bir Macarıstan da daxil olmaqla bir çox dillərdə hazırlanaraq istifadəyə verilmişdir. Və bu ildə V qrand layihə çərçivəsində Azərbaycanda bir neçə məktəbdə tədbiqi nəzərdə tutulur. Layihə uğurla başa vurularsa növbəti illərdə mobil tədbiqinin də Azərbaycan dilində hazırlanıb şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.
Finland texnika- problemi bacarığa çevirək layihəsi sentyabrın 30-u tarixində 21 nömrəli məktəbdə təqdimatı oldu. Layihənin məqsədi, vəzifələri və layihə müddətində görüləcək işlər barədə məktəbin direktoru Elza Bağırzadə məlumat verdi. Sonra məktəbin psixoloqu Həmidova Gülnar Finland texnika haqqında, bu texnikanın 15 addımı haqqında tədbir iştirakçılarına məlumat verdi və təqdim etdi. Tədbirdə Ekspert Ramil Süleymanov və TDM – nin Yasamal rayonu üzrə metodisti Əziz Kərimovda çıxış etdi.
Layihənin ilk mərhələlərində 21,308,167 və 60 nömrəli məktəbin müəllim və psixoloqlarına finland texnika : problemi bacarığa çevirək layihəsinin mövzusun əhatə edən təlim keçirildi. Müəllimlər ilə təlim bitdikdən sonra isə həmin məktəblərin valideynləri ilə görüşlər təşkil edildi. Distant görüşlər bitdikdən sonra isə həmin məktəblərin ibtidai siniflərindən hər məktəbdən iki sinif seçilərək həmin siniflərdə layihə tədbiq edilməyə başlanıldı. Layihə daxil olan siniflər xüsusi lövhələrlə və layihənin iş dəftərləri ilə təmin edildilər. Həmin məktəblərə təhkim olunan təhkimçilər isə şagirdlərlə məktəbdə aparılacaq işləri davam etdirirlər.

Previous articleAzərbaycanda 40 yaşlı müəllim koronadan vəfat etdi
Next articleMədəniyyət Nazirliyi yanında İctimai Şuranın ” İrs” İşçi Qrupu tədqiqatlara başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here