Home DİN Şəki sakinindən müxtəlif növ narkotik vasitələr götürüldü

Şəki sakinindən müxtəlif növ narkotik vasitələr götürüldü

248
0

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elnur Nəbiyev saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkarlanıb.

Davam etdirilən tədbirlərlə E.Nəbiyevin şəhər ərazisindəki köhnə tikilidə gizlətdiyi 450 qram qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə E.Nəbiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Previous articleNeft həftəni bu qiymətlə yekunlaşdırdı
Next articleNazir Pekin olimpiadası üçün Çinə gedir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here