Home Qarabağ Şirkətlərimiz Qarabağın bərpasına hazırdır – XİN başçısı

Şirkətlərimiz Qarabağın bərpasına hazırdır – XİN başçısı

307
0

Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına hazırdır.

Sosialxəbər.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında deyib.

XİN başçısı bildirib ki, Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq obyektiv mövqeyi olub.

Nazir həmçinin vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir:

“Macarsıtanın “Exim Bank”ı Azərbaycana 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb, iri şirkətlərimiz Azərbaycan iqtisadiyyatına sərmayə qoyublar, o cümlədən neft yataqlarının işləənməsində iştirak ediblər”.

Previous articleSaleh Məmmədov yenidən AHF prezidenti seçildi
Next articleAzərbaycanda yeni polis bölməsi yaradıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here