Home QHT İstedadlı Əlillər İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

İstedadlı Əlillər İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

336
0

“İstedadlı Əlillər İctimai Birliyi” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır. Layihə 5 ay davam edəcəkdir.

“İstedadlı Əlillər İctimai Birliyi” İctimai Birliyinin
sədri Qubad Qasımov

Previous articleAgentliyin dəstəyi ilə həssas sosial qruplara aid vətəndaşlara
tibbi, hüquqi və psixoloji xidmətlər təşkil ediləcək
Next articleƏrdoğdunun Bakıya hücumunun əsl səbəbi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here