Home QHT Agentliyin dəstəyi ilə həssas sosial qruplara aid vətəndaşlaratibbi, hüquqi və psixoloji xidmətlər...

Agentliyin dəstəyi ilə həssas sosial qruplara aid vətəndaşlara
tibbi, hüquqi və psixoloji xidmətlər təşkil ediləcək

289
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB fevral ayının 1-dən “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb.

Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər aparılacaq, onlara psixoloji xidmət göstəriləcək, eləcə də onlarla maarifləndirmə işləri aparılacaq.

Həmçinin maarifləndirmə məqsədi ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün yaddaş kitabçası” da nəşr edilib layihə zamanı paylanılacaq.

Previous articleQuliyev müşavirə keçirdi: əsas vəzifələri açıqladı
Next articleİstedadlı Əlillər İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here