Home Milli Məclis Milli Məclisin deputatı Ramin Məmmədovun 2021-ci ildəki fəaliyyətinə dair hesabatı – VİDEO

Milli Məclisin deputatı Ramin Məmmədovun 2021-ci ildəki fəaliyyətinə dair hesabatı – VİDEO

247
0

Milli Məclisin deputatı Ramin Məmmədov 2021-ci ildəki fəaliyyətinə dair hesabatı açıqlayıb.

O qeyd edib ki, keçən il ərzində atılan hər addımda böyük qələbəmizin bizə verdiyi inam, sevinc və məsuliyyət hisslərini yaşamışıq:

“Ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sərgilədikləri qətiyyətli, cəsarətli və müdrik siyasətin nəticəsində hər birimizin aydın gələcəyə inamı daha da güclənib. Ölkəmizin hər bir yerində, xüsusən də Qarabağ və Zəngəzurda, eyni zamanda beynəlxalq müstəvidə inamlı addımların şahidi olduq. Və bu uğurlardan ilhamlanaraq Sabirabad sakinləri ilə birlikdə fəaliyyətimizi daha səmərəli şəkildə qurmağa çalışdıq. 

Fəaliyyətimiz bir neçə istiqamət üzrə baş tutub:

1. Seçicilərin təklif və şikayətlərinin təmin olunmasına nail olmaq;

2. Milli Məclisdə çıxışlar zamanı ölkə və Sabirabad əhalisini düşündürən sualları səsləndirmək;

3. Təmsil etdiyim Yeni Azərbaycan Partiyasının işinə dəstək vermək;

4. Beynəlxalq arenada mövqeyimizi təbliğ və müdafiə etmək. 

İl ərzində 75 görüş keçirərək 1757 seçici müraciəti qəbul olunub, onlardan 1437 təmin edilib. Sahələr arasında qaz, işıq və su, səhiyyə, təhsil, sosial müdafiə, rabitə, yol təmiri, maliyyə, kənd təsərrüfatını qeyd etmək istərdim. 

2021-ci ildə Qaragüney kənd orta məktəbi istifadəyə verilib, Kür qırağı adlandırılan yolun 36 km hissəsi cari təmir edilib, 12 kəndin qazlaşdırılmasına başlanılıb, 20 kənd üçün telefon və internet xətlərinin çəkilişinə start verilib, bir çox kəndlərdə ödəmə terminalları, elektrik naqillərinin dəyişdirilməsi həyata keçirilib. 

Şəhid ailələrinə diqqət və qayğının göstərilməsi əsas məsələ kimi qəbul olunub. Mütəmadi görüşlərlə bərabər onların müraciətlərinin hər birinə böyük həssaslıqla yanaşılıb. Həyata keçirdiyimiz layihələr arasında şəhid və qazi övladlarının 1 iyun günü Bakıya səfər etmələrini xüsusi vurğulamaq istərdim. Atalarının canı və sağlamlığı bahasına qazanılan zəfərin gözəl təzahürü olan hərbi qənimətlər parkı ilə tanışlığımız nə gənc dostlarımızın, nə də ki bizim xatirələrəmizdən silinməyəcək. 

Dəyərli seçicilərim, bir komandın üzvləri kimi çiyin-çiyinə çalışmağımız bu il də bizim işlərimizin nəticələrinə müsbət təsir edəcəyinə inanıram. 

Fürsətdən istifadə edərək, fəaliyyətimizi işıqlandıran bütün media nümayəndələrinə dərin təşəkkürümü bildirirəm. 

İl ərzində çoxsaylı zənglərimizə, müraciətlərimizə həssas və çevik münasibət göstərdikləri üçün əlaqədar dövlət qurumları və özəl şirkətlərə, dostlara dərin minnətdarlığımı ifadə etmək istəyirəm. 

Biz Birlikdə güclüyük!”.

Previous articleXankəndidə VOMA terror qrupu: kimlərlə və necə işləyir?
Next articleSınaq imtahanlarına qeydiyyat bu gün başa çatır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here