Home Cəmiyyət Azercell Bakıda keçirilən bu foruma dəstək oldu

Azercell Bakıda keçirilən bu foruma dəstək oldu

232
0

Şirkətin prezidenti Zərinə Zeynalova sürətlə dəyişən texnologiyalar mühitində insan resursları funksiyasının rolu barədə fikirlərini bölüşüb

Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə “Baku International HR Forum” (BIHRF) keçirilib. Azərbaycanın telekommunikasiya bazarının lideri Azercell tədbirin baş sponsorlarından biri kimi çıxış edib.

Sosialxəbər.az xəbər verir ki, 6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər.

CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. “Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, – deyə, Azercell prezidenti bildirib. Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.

Onu da qeyd edək ki, “BIHRF” çərçivəsində keçirilən “HR Awards” 2022 mükafatlandırma mərasimi zamanı Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları “Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası” və “Ən Yaxşı Təlim və İnkişaf Strategiyası” nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub.

Previous articleSınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Next articleMehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here