Home Qarabağ Azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanıldı

Azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanıldı

95
0

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “QAZel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.

Onun bu əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxsin məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materiallar aiddiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Previous articleZəngilanın Ağalı kəndindən son görüntülər – Video
Next articleMilli Məclisin iclası başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here