Home Cəmiyyət Yaşadığı ünvanı tərk edən korona xəstələri saxlanıldı

Yaşadığı ünvanı tərk edən korona xəstələri saxlanıldı

204
0

Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVİD-19 xəstəsi saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayonu Qalaqayın kənd sakini Rasim Əliyev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, kənd ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Türkədi kənd sakini olan Hüsən Əliyev da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Previous articleŞuşanın bir addımlığında generalların məxfi müşavirəsi
Next articleAzərbaycanın Ermənistana sülh təklifinin məqsədi açıqlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here