Home QHT Sumqayıtda fizki məhdudiyyətli gənclər üçün “Sərhədsiz İncəsənət” adlı satış-sərgi təşkil olundu

Sumqayıtda fizki məhdudiyyətli gənclər üçün “Sərhədsiz İncəsənət” adlı satış-sərgi təşkil olundu

364
0

Sosialxəbər.az xəbər verir ki, 29 yanvar 2022-ci il tarixində Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt Dövlər Rəsm Qalereyasının təşkilatşılığı, İLEG English School Tədris Mərkəzi, SN-TELEKOM-un mühasibat şöbəsi və Sumqayıt Perinatal Mərkəzinin TTY şöbəsinin dəstəyi ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında fiziki məhdudiyyətli bir qrup gəncin 02 fevral “Gənclər Günü” münasibəti ilə Sumqayıtda “Sərhədsiz İncəsənət” adlı satış-sərgisi təşkil edilmişdir.

Satış sərginin keçirilməsində məqsəd fiziki məhdudiyyətli yaradıcı sənətkarlara dəstək vermək, onları maddi və mənəvi baxımdan dəstəkləməkdir.
Öncə tədbir iştirakçıları Sumqayıt Dövlət Qalereyasında Sumqayıt şəhidlərinin şəkilləri əks olunan xalılardan təşkil olunmuş “ Zirvəyə Ucalanlar” adlı kompozisiya ilə tanış oldular.

Tədbiri ilk giriş sözü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova açaraq bütün tədbir iştirakçılarını salamladı və bu gün ki, tədbirdə iştirak edən hər kəsə dəstək olduqları üçün minnətdarlığını bildirdi.
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova təşkilat haqqında qisa məlumat verdi və yaradıcı üzvülərə uğurlar arzuladı.

Tədbirin qonaqları “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva və Dövlət qulluqçusu İndira Şəmsivari də öz çıxışların da əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir deyə qeyd etdilər və belə tədbirlərin mütamadi təşkil olunmasını,fiziki məhdudiyyətli sənətkarlara dəstəyin vacibliyin nəzərə çatdırdılar.

Previous articleBu ərazi minalardan tam təmizləndi
Next articleİctimai Şura üzvləri gömürükçülərin peşə bayramını təbrik etdi – VİDEO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here