Home Qarabağ İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin!

İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin!

234
0

Bakıda, Azərbaycan cəmiyyətində, hətta bəzi rusiyalı ekspertlər arasında belə bir anlayış nəzərdən qaçılır ki, Ermənistan tərəfinin sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələsində süründürməçiliyindən istifadə edilərək, Azərbaycanı yeni hərbi münaqişəyə sövq etməyə cəhd edən təxribatçılar var.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a müsahibəsində rusiyalı hərbi ekspert, politoloq Aleksandr Perenciyev deyib.

Perenciyevin sözlərinə görə, mövcud maneələri dəf etmək üçün üçtərəfli işçi qrupu çalışır:

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həll, sülh müqaviləsi danışıqlarının başlanması ilə bağlı məsləhətləşmələr aparılır”.

Rusiyalı politoloq Ermənistanın sülh prosesinə daimi maneə yaradacağı təqdirdə Azərbaycanın təkliflərdən imtina edəcəyi barədə mülahizələrə də toxunub:

“Yeni müharibə 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatları ilə müəyyən edilmiş sülh prosesinə ciddi zərbə vurar. Müharibəyə tələsməyin, cənablar! Azərbaycanla Ermənistan arasında problemlərin sülh yolu ilə həlli mexanizmləri hələ də tükənməyib. Azərbaycanın özünün isə pul yatırmaq üçün daha uğurlu yeri var – işğaldan azad edilmiş ərazilərin inkişafına”.

Previous articleSumqayıtda “Sərhədsiz İncəsənət” adlı sağlamlıq imkanları məhdud gənclər üçün satış-sərgi təşkil olunacaq
Next articleArkov: İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here