Home Cəmiyyət Daha 12 korona xəstəsi ictimai yerlərdə aşkarlandı

Daha 12 korona xəstəsi ictimai yerlərdə aşkarlandı

216
0

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Sosialxəbər.az xəbər verir ki, yanvarın 26-da polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Previous articleHolokostun anım günü: XİN-dən paylaşım
Next articlePrezident və xanımı Binədə açılışda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here