Tanınmış Azərbaycan bəstəkarı, görkəmli musiqi xadimi Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanım dünyasını dəyişib.
Sosialxəbər.az xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla paylaşım edib.
O bildirib ki, mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan – Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.
