Home DİN Polisə yalandan 11 min manatının oğurlandığını dedi

Polisə yalandan 11 min manatının oğurlandığını dedi

268
0

11000 manat pulunun oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Previous article“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib
Next articleUkraynada mülki şəxslərə hərbi təlimlər keçirilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here