Home QHT Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranınnövbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın
növbəti iclası keçirilib

186
0

Sosialxəbər.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya İdarəsinin inzibati binasında İctimai Şuranın 2022-ci il üzrə ilk iclası keçirilib.

İclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların hazırkı vəziyyəti, gündəlik işləri və aidiyyəti üzrə hesabatlılığı haqqında fikir mübadiləsi aparılıb, bu ilin ilk 6 ayı üzrə icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, ötən rübdə Şura üzvlərinə müraciət edən yüzə yaxın miqranta zəruri hüquqi məsləhətlər verilib və ehtiyacı olan şəxslərə məlumat dəstəyi göstərilib.

Qeyd olunub ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar ötən ilin ikinci yarısında üzərilərinə düşən vəzifələri əsasən yerinə yetiriblər. Daxil olan müraciətlərlə bağlı təhlilin nəticələrinə diqqət çəkən A.Allahverənov xüsusilə vurğulayıb ki, qaldırılan həmin məsələlər İctimai Şura qarşısında yeni çağırışlar yaradır. Bunun nəticəsidir ki, işçi qruplardan daxil olan təkliflər ümumiləşdirilmiş şəkildə 2022-ci ilin fəaliyyət planına daxil edilib. Cari ildə ictimai nəzarətin daha konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində maraqlı olan İctimai Şura üzvləri fəaliyyət planını təsdiq edib və yeni fəaliyyət istiqamətləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

İclasda müzakirəyə çıxarılan məsələlərə toxunan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şura tərəfindən fəaliyyət planına uyğun icrası nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Qurum rəsmisi Şura xətti ilə icra olunacaq fəaliyyətlərə lazımi təşkilati və texniki dəstəyin göstəriləcəyini bildirib.

Previous articleLaçından ötən gün 400 maşın keçib
Next articleSumqayıtda “Sərhədsiz İncəsənət” adlı sağlamlıq imkanları məhdud gənclər üçün satış-sərgi təşkil olunacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here