Home Dünya ABŞ bu müharibəyə can atır – Tofiq Abbasov

ABŞ bu müharibəyə can atır – Tofiq Abbasov

78
0

ABŞ qızışdırıcı rol oynayır: strategiyası bundan ibarətdir ki, psixoloji cəhətdən Rusiyaya zərbə endirsin və dünya birliyini öz tərəfinə çəksin.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya-Ukrayna gərginliyi haqda danışarkən deyib.
ABŞ-ın Ukraynadan diplomatlarınının çıxmasına icazə verməsi barədə qərarına münasibət bildirən politoloqun sözlərinə görə, Vaşinqtonun əsas hücum potensialı informasiya dalğasıdır:

“Qərb institutları Ukrayna ətrafında gərgin vəziyyət yaratmaq üçün gecə-gündüz çalışırlar. ABŞ-ın öz diplomatlarını Ukraynadan çıxarma səbəbini isə bu hücumun tərkib hissəsi kimi qiymətləndirirəm. ABŞ Ukrayna uğrunda müharibəyə girən deyil. Onların fikri budur ki, Ukraynadakı qərbpərəst qüvvələr silahlansınlar. ABŞ Ukrayna ordusunu Rusiya ilə üz-üzə qoymağa çalışır. Rusiyanın isə bu informasiya dalğasına cavab olaraq hərbi-texniki hazırlıqlarını gücləndirib. Əgər vəziyyət daha da gərginləşsə, Rusiya hava hücumları ilə Ukraynanın strateji mövqeyini məhv edə bilər. Ukrayna açıq toqquşmadan yayınmağı bacarmalıdır. Əgər açıq toqquşma baş versə, ilk faciəni Ukrayna xalqı yaşayacaq. 2014-cü ildən bəri ABŞ Rusiya ilə Ukrayna arasında böhran vəziyyəti yaratdı. İndi isə həmin prosesin qaynar fazasına yol açır”.

T.Abbasov Çində keçiriləcək Qış Olimpiadasından sonra Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı mediada yayılan məlumatlara da öz fikrini bildirib:

“Bunlar saxta məlumatlardır. Rusiya və Ukraynanın marağında olan budur ki, hərbi toqquşma baş verməsin. Burada əlbəttə ki, diplomatlar da işləyir, xüsusi nümayəndələrin təmasları var, Rusiya ilə Kiyev arasında informasiya mübadiləsi gedir. Buna görə də belə düşünürəm ki, müharibə olmayacaq”.

Previous articleSarkisyan niyə istefa verdi? “Ermənistandakı böhrandan xəbər verir” – BAŞ REDAKTOR
Next articlePaşinyan bu istefa ilə özünə yol açdı – İlyas Hüseynov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here