Home QHT Sarkisyan niyə istefa verdi? “Ermənistandakı böhrandan xəbər verir” – BAŞ REDAKTOR

Sarkisyan niyə istefa verdi? “Ermənistandakı böhrandan xəbər verir” – BAŞ REDAKTOR

264
0

“Ermənistan Prezidenti Armen Sarkisyanın istefası ölkə daxilindəki böhranın təzahürüdür. Müharibədəki məğlubiyyət hələ uzun illər Ermənistanda təsirini saxlayacaq və sabit cəmiyyət, stabil siyasi kurs hələ üfiqdə də görünmür. Sosila-iqtisadi və siyasi böhran dərinləşdikcə, məğlub Ermənistanın növbəti kataklizmlərə yuvarlanacağı gözlənilir”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info-nun baş redaktoru Rəfail Becanov deyib. O bildirib ki, Sarkisyanın istefası müxtəlif aspektlərdən qiymətlənidirilir:

“Erməni mediasında tirajlanan fikirlərə görə, Paşinyan indiki imkanlarından bəhrələnməklə, Ermənistanda idarəetməni dəyişmək niyyətindədir. Sabah nə olacağı, bu gün palament çoxluğuna malik olan Paşinyanın hansı taleni yaşayacağı məlum deyil. Ona görə də hakimiyyətinin ömrünü uzatmaq üçün yeni-köhnə idarəetməyə qayıtmaqdan başqa yolu yoxdur.

Paşinyan idarəetməni dəyişməklə, həm də Ermənistanı yenidən qaniçən Köçəryan-Sarkisyan cütlüyünün nəzarətinə keçməkdən sığortalamaq istəyir. Ermənistan Konstitusiyasına görə, Prezidenti Milli Məclis seçir. Parlamentdəki çoxluğa isə Paşinyan nəzarət edir. Bu isə ona ya özünün, ya da namizədinin seçilməsinə şans verir”.

Baş redaktor bildirib ki, bununla da Ermənistan faktiki ikihakimiyyətlilikdən birhakimiyyətliliyə keçid edəcək:

“Paşinyan Köçəryandan və Sarkisyandan daha ağıllı ermənidir. Ona görə ki, hakimiyyətinin ömrünü uzatmaqla, Ermənistanı bataqlıqdan çıxarıb inteqrasiya prosesinə cəlb etməklə erməniləri xilas etmək niyyətindədir.

Bəziləri isə Sarkisyanın istefasını Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasına dair sazişlər imzalamağa hazırlaşması ilə əlaqələndirir. Onların fikrincə, Sarkisyanın qəfil istefası əhali arasında şübhəli və qeyri-populyar olan Paşinyan hökumətinin qərarlarına görə məsuliyyət daşımamaq istəyidir.

Armen Sarkisyanı Prezident institutunu hakimiyyəti cilovlayan mexanizmə çevirə bilməməkdə günahlandıranlar da var. Onların fikrincə, Prezident konstitusiyaya görə dövlət başçısıdır. Onun ölkədə konstitusiyanı, təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq üçün həm səlahiyyət, həm də protokol öhdəlikləri var idi. Lakin o, bunu bacarmadı.

Bütün yanaşmalar mümkün ehtimallardır. Çünki Paşinyanın götürdüyü öhdəliklər var və bu öhdəliklərə əməl etməsi şərtdir. Azərbaycan 44 günlük müharibəni dayandırmaq və 10 noyabr Bəyanatında Ermənistanın götürdüyü öhdəliklərə əməl etməsi şərtiylə imza atıb. Əks halda müharibə 44 yox, 45, yaxud 47 gün ola bilərdi ki, o zaman heç bir bəyanata ehtiyac qalmayacaqdı. Belə olanda Ermənistanı faşist Almaniyasının taleyi gözləyirdi.

Paşinyan öhdəliklər qəbul edəndə Ermənistanı əslində o taledən xilas edib”.

Amma ən əsası odur ki, Armen Sarkisyan Serj Sarkisyanın kadrı sayılırdı:

“O, Ermənistanda ravanşistlərin xəttinin qorunub saxlanmasına xidmət edən fiqur idi. Paşinyan onu sıradan çıxarmaqla həm öz hakimiyyət imkanlarını genişləndirir, həm də revanşistləri tərksilah edir. Nəticədən asılı olmayaraq, baş verənlər Ermənistandakı böhrandan və kataklizmlərdən xəbər verir.

Paşinyanın qarşısındakı yeganə seçim Azərbaycanla sülh sazişini tezliklə imzalamaq və Türkiyə ilə danışıqların tezliklə yekunlaşması, kommunikasiyaların açılmasıdır”.

Previous articleBakı Avtovağzalına yeni mətbuat katibi təyin olundu
Next articleABŞ bu müharibəyə can atır – Tofiq Abbasov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here