Home Sağlamlıq Səhiyyə Nazirliyi əhaliyə yenidən çağırış etdi

Səhiyyə Nazirliyi əhaliyə yenidən çağırış etdi

364
0

Səhiyyə Nazirliyi Omikronla bağlı əhaliyə yenidən çağırış edib.

Sosialxəbər.az xəbər verir ki, çağırışda koronavirusun Omikron mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək xahiş olunub.

Qeyd olunub ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxduğunuz halda özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməli, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.

Bundan başqa, 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) narahat edici olarsa, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verilməli, ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durulmalı, qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul edilməməli, orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmamalıdır.

“Vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq” – məlumatda qeyd olunub.

Previous articleMasallıda yataq xəstəsi evdə yanaraq öldü
Next article“Avrora” Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here