Home Cəmiyyət Rejissorlardan “Qanlı Yanvar” mübahisəsinə reaksiya

Rejissorlardan “Qanlı Yanvar” mübahisəsinə reaksiya

163
0

Xəbər verdiyimiz kimi, rejissor Vahid Mustafayevin 20 Yanvara həsr olunmuş “Qanlı Yanvar” bədii filminin TV-lərdə yayımlanması sosial şəbəkələrdə yenidən müzakirə obyekti olub.

Sosialxəbər.az bildirir ki, Müzakirələrlə bağlı Kult.az-a danışan kinorejissor Tahir Tahiroviç bildirib ki, bu, rejissorun müəllif filmidir. Bu səbəbdən tamaşaçı filmi normal qəbul etməlidir:

“Emir Kusturiça “Anderqraund” filmində İkinci Dünya müharibəsi zamanı Serbiyada baş verən hadisələrə qara yumorla yanaşmışdı. Hadisələrə başqa cür münasibət bildirmişdi. Bədii filmlərdə baş verən hadisələri insanlar niyə “sənədli” qəbul edirlər? Sənədli filmdə tarixi faktlar yanlış göstərilirsə, bəli, bu anormaldır. Bədii filmdə isə rejissorun baxış bucağı fərqli ola bilər. Məncə, bunu ajiotaja çevirmək düzgün deyil”.

Rejissor Kənan MM isə saytımıza açıqlamasında bildirib ki, müzakirələr heç nəyi dəyişməyəcək, film artıq o cür lentə alınıb:

“Vahid Mustafayev yaşda və sənətdə məndən böyük olduğu üçün nəsə demək həddim deyil. Əgər filmdəki iradları xalq, tamaşaçı görübsə, demək, qabarıq şəkildə görünür. Filmdə şəhid Larisa ilə bağlı təcavüz səhnəsi var. Ən azından o səhnəni çəkərkən, şəhid Larisanın sağ qalan valideynlərini, əzizlərini düşünmək olardı. Çünki onlar həmin səhnələri görərkən üzüləcəkdilər”.

Previous articleNaxçıvan sərhədçiləri tapşırıqları uğurla icra edir – Video
Next articleİsmayıllıda qanunsuz ov edən şəxs saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here