Home Hadisə Masallıda yataq xəstəsi evdə yanaraq öldü

Masallıda yataq xəstəsi evdə yanaraq öldü

283
0

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Sosialxəbər.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Previous articleİsmayıllıda qanunsuz ov edən şəxs saxlanıldı
Next articleSəhiyyə Nazirliyi əhaliyə yenidən çağırış etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here