Home DİN Salyanda avtoxuliqanlıq edən şəxs saxlanıldı

Salyanda avtoxuliqanlıq edən şəxs saxlanıldı

210
0

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi VAZ markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacaq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.

Previous articleRayonlar birləşdirilə, 14 rayon yaradıla bilər? – YAP-çı deputat
Next articleYasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here