Home Hərbi Naxçıvan sərhədçiləri tapşırıqları uğurla icra edir – Video

Naxçıvan sərhədçiləri tapşırıqları uğurla icra edir – Video

1249
0

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində müxtəlif şəraitlərdə xidmət aparmanın təhlükəsizliyinin təmin edilməsi ilə dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir.

Sosialxəbər.az xəbər verir ki, sərhəd ləpirçiliyi sərhədçilərin xidməti peşəkarlığının tərkib hissəsi olduğundan sərhəd naryadları qarlı hava şəraitində sərhədin pozulması əlamətlərinin vaxtında aşkar edilməsi məqsədilə xidmətə çıxmazdan əvvəl ləpirçilik məşqlərinə cəlb olunurlar.

Sərhəddə xidmət aparan zaman təhlükəsizlik tədbirlərinə riayət olunması məqsədilə sərhəd naryadları təlimatlandırılarkən mühafizə edilən ərazinin xüsusiyyətləri və havanın təsiri nəticəsində ərazidə əmələ gələ biləcək dəyişikliklər, hərəkət edərkən təhlükəli sahələri keçmə qaydası, ərazidən sərhəd zastavasına və isinmə məntəqəsinə aparan səmtlər və ən qısa yollar barədə təlimat verilir.

Sərhəd pozucularının hərəkətini çətinləşdirmək və yaxalamaq məqsədilə sərhəd naryadlarına əlverişli şəraitin yaradılması üçün xidməti ərazidə mühəndis qurğuları və maneələri quraşdırılır.

Sərhəd naryadları tərəfindən zastava sahəsində quraşdırılan mühəndis qurğuları və maneələri müntəzəm olaraq yoxlanılır, şübhə doğuran əlamətlər aşkar olunduqda dərhal müvafiq qaydada tədbirlər həyata keçirilir.

Previous articlePensiyaya vaxtından əvvəl çıxmaq istəyənlər… – DSMF
Next articleRejissorlardan “Qanlı Yanvar” mübahisəsinə reaksiya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here