Home Cəmiyyət DTX rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etdi

DTX rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etdi

263
0

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad etmişlər.

Sosialxəbər.az DTX-nin saytına istinadən xəbər verir ki, sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılmış, məzarları üzərinə gül dəstələri düzülmüşdür.

Previous articleHacıyevdən Ermənistan açıqlaması: Cavab gözləyirik!
Next articleErmənistan itkilərinin sayını açıqladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here