Home QHT Dövlət gömrük Komitəsi yanında ictimai Şuranın Növbəti iclası keçirilib

Dövlət gömrük Komitəsi yanında ictimai Şuranın Növbəti iclası keçirilib

257
0

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın 18 yanvar 2022 ci il tarixində  3 cü iclası keçirilib, lakin keçirilmiş növbəti   iclasda  yenidən 5 nəfər ( Çingiz Bayramov, Elməddin Muradlı, Hafiz Əzəmmədov, Namiq Məmmədov, Ədil Ədilzadə ) üzürsüz və 1 nəfər ( Şəbnəm Dadaşova ) üzürlü səbəbdən iştirak etmədi. İclas İctimai Şuranın sədr, sədr muavinləri, katib və üzvlərinin iştirakı ilə təşkil edilib. 13 nəfər üzvdən 7 nəfəri iclasda iştirak etdiyi üçün, qanunvericiliyə əsasən ( 50+1) yəni üzvlərin yarıdan çoxunun iştirak etdiyindən iclas səlahiyyətli sayılıb. İclası İctimai şuranın sədri Nazim Bayandurov  açıq elan etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.Daha sonra , sədr gündəlikdə olan məsələlər barədə ətraflı məlumat verib. Daha sonra İ.Ş-nın sədr muavini  Vüsal Əliyev çıxışında bildirdi ki, növbəti iclasdan etibarən şurada ardıcıl olaraq  3 dəfə iştirak etməyən üzvlərin uzaqlaşdırılması məsələsinə baxılsın. Daha sonra İ.Ş-nın üzvü, Müqamət  Əliyev çıxış edərək, dövrümüzün sosial şəbəkə  dövrü olduğunu nəzərə alaraq, ictimai şuranın e-mail adresi və facebook səhifəsinin yaradılması təklifini irəli sürdü. Sonda, iclasın gündəliyində duran məsələlər   müzakirə edilərək, Şuranın Fəaliyyət planı, reqlament və vətəndaşların müraciəti ilə bağlı məsələlər ayrı-ayrılıqda səsə qoyulub. Yetərli səs çoxluğu ilə təkliflər qəbul edildi. Digər şura üzvləri də, qeyd edilmiş  fikirlərə qoşulduqlarını bildirdilər , bu təklif şuranın gələcək fəaliyyətinin formalaşmasında  və ictimaiyyət üçün açıq olan fəaliyyətlərdən biri olacağını qeyd etdilər.

Previous articleTağıyevin abidəsində postamentdən niyə imtina edildi?
Next articleNarkotik çəkib sərnişin daşıyan sürücü saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here