Home Cəmiyyət Qəbələ-Moskva aviareysi açıldı – Video

Qəbələ-Moskva aviareysi açıldı – Video

242
0

Qəbələ şəhəri ilə Rusiyanın paytaxtı Moskva arasında yeni müntəzəm aviareys açılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, qonşu ölkənin “Nordwind” aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo beynılxalq hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Müntəzəm reys həftədə bir dəfə – bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

“Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir”, – AZAL bəyan edib.

Previous articleBu ərazimizə 30 sm qar yağdı
Next articleYoluxma artır: karantin sərtləşdirilə bilər – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here