Home Digər Bu ərazimizə 30 sm qar yağdı

Bu ərazimizə 30 sm qar yağdı

242
0

Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb.

Sosialxəbər.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15.0 mm, Qubada 14.0 mm, Astarada 8.0 mm, Şabran, Ordubadda 6.0 mm, Ləzə, Xaltan, Altıağacda 5.0 mm, Yardımlı, Qusar, Xaçmazda 4.0 mm, Lənkəranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2° isti, aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan MR-da 14°-dək şaxta olub.

Previous articleAzyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
Next articleQəbələ-Moskva aviareysi açıldı – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here