Home Cəmiyyət Azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

Azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

222
0

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib.

Sosialxəbər.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır:

“Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi – müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.

Previous articleŞuşaya getmək istəyənlərin nəzərinə – Video
Next articleBu ərazimizə 30 sm qar yağdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here