Home Dünya Bu, enerji ehtiyatlarımıza pozitiv təsir edəcək

Bu, enerji ehtiyatlarımıza pozitiv təsir edəcək

54
0

Dünyada bərpa olunan enerjinin daha geniş yayılması dövrünə qədəm qoymuşuq. İstənilən halda yeni texlonogiyaların sayəsində maya dəyəri aşağı başa gəlirsə, bərpa olunan enerjidən istifadə etmək üçün dünyanın bir çox ölkələrində lahiyələr həyata keçirilir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması haqda danışarkən deyib.

İqtisadçı bildirib ki, Azərbaycanın həm günəş, həm külək enerjisindən istifadə etmək üçün kifayət qədər əlverişli təbii şəraiti var:

“Bərpa olunan enerji Azərbaycanın ümumi enerji ehtiyatlarına daha pozitiv təsir göstərəcək. Ekoloji baxımdan təmiz və bərpa olunan enerji istehsalının inkişafı arzulanandır”.

Ekspertin sözlərinə görə, gələcəkdə bu cür texlonogiyalarda Azərbaycanın özünün də iştirakı vacibdir:

“Yəni biz bu texlonogiyaları hazırda xaricdən alırıq. Tədricən biz həm günəş, həm külək enerjisi sahəsində avadanlıqların bəzi detallarını istehsal da edə bilərik”.

Previous articleİndeksləşdirmə artımları gələn ay veriləcək
Next articleGöyçayda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here