Home Qarabağ Sərhəddə yalnız erməni təxribatı var – Rus ekspert

Sərhəddə yalnız erməni təxribatı var – Rus ekspert

441
0

Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiklərini təxribat adlandırmamaq çətindir. KTMT Ermənistanla Azərbaycan arasındakı vəziyyətə heç vaxt müdaxilə etməz. Vacib deyil, vəziyyət Qazaxıstanda qarışsın və yaxud hər hansı başqa yerdə – KTMT erməni provokasiyalarına reaksiya verməyəcək.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri rusiyalı siyasi şərhçi Aleksandr Artamonov bölüşüb.

“Azərbaycanın mövqeyi aydındır və bu mövqe beynəlxalq hüquq, BMT-nin qətnamələri ilə təsdiqlənib. Nə Rusiya sülhməramlıları, nə də KTMT qüvvələri prosesə qarışacaqlar. Burada biz yalnız Ermənistan tərəfindən kobud təxribatdan danışa bilərik.

Qazaxıstan missiyasında Ermənistan hərbçilərinin gəlişi yalnız simvolik xarakter daşıyırdı. Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədridir. O göstərməli idi ki, Ermənistan KTMT-yə üzv olan digər ölkələrlə birlikdə əməliyyatlarda iştirak edir”, – deyə ekspert bildirib.

Previous articleİlham Əliyev İsrail prezidentinə başsağlığı verdi
Next articleÇavuşoğludan Azərbaycanla bağlı paylaşım

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here