Home Cəmiyyət Ölkəmizdə 4 günlük iş rejiminə nə vaxt keçmək olar? – Video

Ölkəmizdə 4 günlük iş rejiminə nə vaxt keçmək olar? – Video

373
0

Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.

Sosialxəbər.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri inqilabi qərar qəbul edərək bu il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib.Yəni, həftəlik iş qrafiki 5-ci gün saat 12:00-da yekunlaşacaq. Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 4 gün işləyən insan 3 gün dincələcəyini bildiyi üçün daha məhsuldar nəticə göstərə bilər.

Elə əksər şirkət və müəssisələri cəlb edən də məhz bu fikirdir.

Eldəniz Əmirovun fikrincə, ölkəmizdə də bu sistemi tətbiq etmək mümkündür. Amma bunun üçün xüsusi təhlil, elmi araşdırmalar lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, hələlik bu barədə heç bir layihə və ya qərar yoxdur.

Previous articleBir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma
Next articleKönül Kərimova uşağı döyən tərbiyəçi haqda: “Şilləni ona vuracağam”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here