Home Hadisə Oğlunun balta ilə döydüyü qadın xəstəxanada öldü

Oğlunun balta ilə döydüyü qadın xəstəxanada öldü

1256
0

Xaçmazda oğlu tərəfindən döyülən 66 yaşlı qadın xəstəxanada ölüb.

Sosialxəbər az bildirir ki, Xaçmaz rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 13-ü saat 19 radələrində rayonun Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Previous articleKönül Kərimova uşağı döyən tərbiyəçi haqda: “Şilləni ona vuracağam”
Next articleİlham Əliyev İsrail prezidentinə başsağlığı verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here