Home Təhsil Bir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma

Bir qapazın pərdəarxası: Onlarla körpənin ağzında yarımçıq qalan loxma

1437
0

Bir gün əvvəl sosial şəbəkədə yayılmış video bütün Azərbaycanın qəzəbinə səbəb oldu.

Özünü “tərbiyəçi” adlandıran qadın başı ovucu boyda olan körpəyə şiddət tətbiq edib.

Cəmiyyətdə hiddət yaradan bu görüntülər sürətlə yayılmağa başladı. Rəylər isə bildiyimiz kimi təhqir və tənqid doldu.

Dərhal aidiyyəti qurumlar hərəkətə keçdi. Daxili İşlər Nazirliyi bildirdi ki, artıq məsələ ilə bağlı araşdırmalar başlayıb. Fakt nəzarətə götürüldü. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymətin veriləcəyi bildirildi.

Təxmin edə bilirik ki, o “tərbiyəçi”ni hansı cəza gözləyir. Lakin uşağın aldığı travma düşündüyümüzdən də böyük ola bilər. Bu şiddət onda cəmiyyətə qarşı fobiya yarada bilər. Hətta təhsilə də!

2-3 yaşlarında olan bu oğlanın döyülməyinə səbəb isə qadının foto çəkmək istəyidir. Stəkandan su içməyi belə hələ bacarmayan, süd butulkası yanında olan bu balacanın “müəllim”in gözündəki günahı isə ağzındakı loxmanı udmasıdır. Bu zaman azyaşlı vəhşiliklə üzləşir.

Gələk məsələnin digər tərəfinə. 

Sözügedən bağçanın “Instagram” səhifəsinə daxil olduqda gözündə qorxu, ağzındakı loxmanı uda bilməyən körpələrin fotoları ilə qarşılaşırıq. Bəlkə də bir gündə yayılan videonun əslində pərdəarxası da var. Və bəlkə də onun kimi onlarla uşaq bu vəhşiliklə üzləşir.

Özünü tərbiyəçi adlandıran və bağçada sırf ayın sonunda maaş almaq üçün günləri sayan bu qadının hərəkəti əslində əksər bağçalarda mövcud olan durumu göstərir. 

Ümid edirik ki, vəziyyət əslində düşündüyümüz qədər qəliz deyil. Hər səhər övladlarımızı əmanət etdiyimiz təhsil ocaqlarında insanlıqdankənar davranışlar təbliğ edilmir. 

Vurğulayaq ki, bu qapaz yalnız bir uşağa deyil, ümid bəslədiyimiz gələcəyimizə dəydi.

Previous article3 ölkənin sülhməramlıları Qazaxıstandan çıxdı
Next articleÖlkəmizdə 4 günlük iş rejiminə nə vaxt keçmək olar? – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here