Home Cəmiyyət ADY-dən xəbərdarlıq: Qatarlar gecikə bilər!

ADY-dən xəbərdarlıq: Qatarlar gecikə bilər!

443
0

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti kəskin hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.

Sosialxəbər.az xəbər verir ki, müraciətdə qatarların hərəkətində gecikmə ehtimalının olduğu bildirilib.

“Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik” – məlumatda qeyd olunub.

Previous articleİlham Əliyev Ərdoğana məktub göndərdi
Next articleDaha 39 toyda monitorinq aparıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here