Home Cəmiyyət Buster doza ilə bağlı əhaliyə çağırış edildi

Buster doza ilə bağlı əhaliyə çağırış edildi

56
0

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi buster doza ilə bağlı əhaliyə çağırış edib.

Sosialxəbər.az çağırışın mətnini təqdim edir:

“Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”.

Previous articleAzərbaycan ermənilərə daha bir meyit verdi
Next articleİlham Əliyev Ərdoğana məktub göndərdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here