Home Hadisə Şəmkirdə quldurluq edən şəxs saxlanılıb

Şəmkirdə quldurluq edən şəxs saxlanılıb

1256
0

Şəmkirdə quldurluq edən şəxs saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə soyuq silah qismində istifadə edilən əşya ilə zor tətbiq etməklə vətəndaşın pulunu və şəxsi əşyalarını ələ keçirməkdə şübhəli bilinən Elmar Əliyev tutulub.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs silah qismində istifadə etdiyi bıçaqla həmkəndlisinə həyat və sağlamlıq üçün zor tətbiq edəcəyi hədəsi ilə 23 manat nağd pul, 1 ədəd 35 manat dəyərində mobil telefon və bir ədəd 30 manat dəyərində təsbehi quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Previous articleBu ərazilərdə su kəsiləcək
Next article“Azərişıq” əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here