Home Cəmiyyət Kamran Əliyev Moskvaya getdi

Kamran Əliyev Moskvaya getdi

84
0

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Previous articleÖlkədə yoluxmanın ən az qeydə alındığı ərazi…
Next articleBu ərazilərdə su kəsiləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here