Home Hadisə “Azərişıq” əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı

“Azərişıq” əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı

590
0

Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, Azərişıq ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Ağsu rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Xəyal Şərifov Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Previous articleŞəmkirdə quldurluq edən şəxs saxlanılıb
Next articleXəbərdarlıq: Yenidən məhdudiyyətlər ola bilər – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here