Home Dünya Nazarbayev Yanukoviç deyil ki, qaça! Bəs, hardadır?

Nazarbayev Yanukoviç deyil ki, qaça! Bəs, hardadır?

242
0

Bir sual qalır: Nursultan Nazarbayev haradadır? Müasir Qazaxıstanın qurucusunun üzünü görmədikcə, səsini eşitmədikcə, şəxsi ismarışlarını oxumadıqca, situasiya daha qəribə və anormal olur.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Maksim Şevçenko bölüşüb.

“Ölüb? Anlaqsızdır? Tutulub, ya saxlanılır? Nə zaman? Kiminlə? Harada?

Nazarbayev Yanukoviç (Ukraynanın keçmiş prezidenti – red.) deyil. Onun qaçdığına inanmaq olmaz. Nazarbayev haqqında onuncu gündür ki, axmaqcasına və qeyri-müəyyən şəkildə bizə yalan danışırlar. Nə isə etiraf etməyə qorxurlar? Nədə? Sadəcə, hər şeyin öz-özünə düzəlməsini və belə insanın olduğunu unutmağımızı istəyirlər?” – deyə Şevçenko bildirib.

Onun sözlərinə görə, Nazarbayevin ictimaiyyət qarşısına çıxmaması elə bir təəssürat yaradır ki, sanki Qazaxıstan olduqca vacib və xoşagəlməz nəyisə gizlədir:

“Yaxud, səfeh və utanverici nələrsə uydururlar. (İşgəncələr altında terrorçu olduğunu deyən qırğız müğənni… İndi isə evinə aparırlar). Nazarbayev haradadır?”

Previous articleDTX-dən saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq
Next articleAzərbaycanın Qazaxıstandakı səfirliyinin mühafizəsi ilə bağlı AÇIQLAMA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here