Home DİN DİN valideynlərə müraciət etdi

DİN valideynlərə müraciət etdi

92
0

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Sosialxəbər.az müraciətin mətnini təqdim edir:

“Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:

– övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

– övladlarınızın suallarını cavabsız qoymayın, “işim var, məşğulam, sonra…” deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual “dost”lar axtaracaq;

– günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

– övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

– övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

– övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!”

Previous articleBu pul nişanımız ilin ən mükəmməl banknotudur
Next articleƏmlak bazarında da bahalaşma gözlənilir – Ekspert

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here