Home Cəmiyyət DTX-dən saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq

DTX-dən saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq

223
0

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

“Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.

Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı olan https://www.dtx.gov.az/az/ və Feysbuk, Tvitter, İnstaqram, Yutub sosial şəbəkələrində müvafiq olaraq “https://www.facebook.com/DTXAzerbaijan”, “https://twitter.com/DTX_Azerbaijan”,“https://www.instagram.com/azerbaijandtx/”,“https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri Feysbuk, Tvitter, İnstaqram və Yutub administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.

Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır”, – məlumatda qeyd edilib.

Previous articleNikol niyə casusu Rusiyaya göndərdi? – Arşakyan
Next articleNazarbayev Yanukoviç deyil ki, qaça! Bəs, hardadır?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here