Home Dünya Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza yenidən müraciət edib

Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza yenidən müraciət edib

43
0

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Müraciət səfirliyin “Twitter” hesabında dərc edilib. 

Müraciətdə deyilir:

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

Bu səbəbdən xatırladırıq ki, Səfirliyin nursultan@mission.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.

Previous articleİlham Əliyev fərman imzaladı
Next articleGənc qız dəm qazından zəhərləndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here