Home Dünya Vəziyyətə yerli orqanlar nəzarət edir – Tokayev

Vəziyyətə yerli orqanlar nəzarət edir – Tokayev

97
0

Qazaxıstanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.

Sosialxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.

Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.

Görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.

“Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir”, – məlumatda ​​bildirilir.

Previous articlePrezident və xanımı məsciddə
Next articleBakı şəhərində məktəbdə yanğın olub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here