Home QHT QHT sədri: Dövlət orqanları məsələyə reaksiya verdi

QHT sədri: Dövlət orqanları məsələyə reaksiya verdi

96
0

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, müstəqil jurnalist Mətanət Əsgərqızı Dost Agentliyinə minnətdarlığımı bildiririb.Bu barədə QHT sədri öz səhifəsində paylaşım edib.Bir paylaşıma rast gəldim, şəhid anası evdə soyuq olduğundan donur. Məsələni ictimailəşdirdim. Şəhidimiz Nicat Fikrət oğlu Salahov ailənin yeganə övladı olub.
Anası birinci qrup əlildir. Ona baxan yoxdur. Qəribəsi odur ki, himayəsində yaşlı, əlil olan vətəndaşı müharibəyə aparmamalıdılar. Amma aparıblar. Nicat Şuşa uğrunda döyüşlərdə həlak olub. 
Əsgər Ailələrinə Dəstək ictimai birliyi himayəsinə götürəcək. Xəstə olduğuma görə hələ ana ilə görüşə bilməmişəm. Amma telefon əlaqəsi qurmuşam. Çox gözəl təsadüfdür ki, bizim paylaşımlardan sonra dövlət orqanları məsələyə reaksiya verdi. Hazırda Abşeron rayon Dost Agentliyindən şöbə müdiri Rüstəm müəllim və əməkdaşlar ananın yanındadılar. 
Onlarla söhbət etdim. Qeyd olundu ki, ananın problemlərinin həlli üçün sosial işçi ayrılacaq, həmin şəxs artıq yeməyini bişirəcək, evinin və özünün təmizliyi ilə məşğul olacaq.Təcili reaksiyaya görə Dost Agentliyinə minnətdarlığımı bildirirəm.
Bir daha deyirəm, dövlət qurumu ilə yanaşı bu ananı biz də himayəmizə götürürük. Əsgər Ailələrinə Dəstək ictimai birliyi sizin təşkilatınızdır. Hər zaman bizə güvənin

Previous articleİşçilərin real maaşını gizlədən sahibkarlara xəbərdarlıq
Next article22 il məhkumluq həyatı yaşayan şəxs yenə oğurluq etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here