Home Təhsil Bakıda məktəbdə YANĞIN: 80 nəfər təxliyə edildi – YENİLƏNİB

Bakıda məktəbdə YANĞIN: 80 nəfər təxliyə edildi – YENİLƏNİB

1356
0

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kvadratmetr olan otağın döşəməsi 4 kvadratmetr sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. 

Sosialxəbər.az bildirir ki, Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. 

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

09:47

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş verən yanğınla bağlı açıqlama yayıb. 

Qurumdan verilən məlumata görə, yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib:

“Yanğın məktəbin ikinci mərtəbəsində qeydə alınıb. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb”.

Qeyd edilib ki, bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

09:00

Bakı şəhərində məktəbdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Previous article“Qarderobumda çox şey yoxdur, ola da bilməz
Next articleQazaxıstan və Azərbaycan ordusunun fərqi, bax, budur!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here